Voleybolçu qızlarımızdan uğursuz çıxış

Voleybolçu qızlarımızdan uğursuz çıxış



Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Belçika və Hollandiyada keçirilən Avropa çempionatı ilə erkən vidalaşıb.
Bülent Karslıoğlunun rəhbərliyi altında çıxış edən millimiz B qrupundakı son matçında Macarıstana uduzub - 1:3.
Komandamız yalnız ikinci hissəni çətinliklə üstün başa vura bilib - 28:26. Macarıstan isə ilk və son setdə 25:16, üçüncüsündə 25:22 hesabı ilə qalib gəlib.
Beləliklə, əvvəlki qarşılaşmalarında da Türkiyə və Belçikaya 0:3 hesabı ilə uduzan millimiz çempionatı 3 məğlubiyyətlə qrup sonuncusu kimi başa vurub. Macarıstan isə qrup 3-cüsü kimi "pley-off"a yüksəlib.

Avropa çempionatı
B qrupu, III tur

20:00. Azərbaycan - Macarıstan - 1:3 (16:25, 28:26, 25:22, 16:25)
Hakimlər: Viktor Markov (Rusiya), Kor van Qompel (Hollandiya)
Antverpen, Merksem Lotto Arena