Qadın voleybolçulardan ibarət Bakının "Lokomotiv” klubu İtaliyada keçirdiyi təlim-məşq toplanışını qələbə ilə başa vurub. Təlim-məşq toplanışı çərçivəsində təmsilçilərimiz yerli "Sudtirol Neruda Bolzano” kollektivi ilə qarşılaşıb. Boloniya şəhərində təşkil olunan görüş komandamızın qələbəsi ilə yekunlaşıb. Gərgin mübarizənin sonunda voleybolçularımız rəqibdən 3:1 hesabı ilə üstün olublar. Qeyd edək ki, "Lokomotiv” klubu İtaliyada keçirdiyi dörd yoxlama oyununun ikisində qələbə qazanıb. Digər görüşlərdən birində məğlub olub, birində isə heç-heçə oynayıb.