"Azərreyl”in voleybolçusu Olqa Savençuk komandasını tərk edib. Klubun 27 yaşlı ukraynalı hücumçusu karyerasını Polşada davam etdirəcək. Voleybolçu Sopotun "Atom” klubunun şərəfini qorumağı ilə bağlı edilən təklifi müsbət qarşılayıb. 2014-2015-ci illər mövsümünü Bakının "Azəryol” komandasında keçirən idmançı, polşalılarla bir illik müqavilə imzalayıb.