Bu gün Bakının qadınlardan ibarət "Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında ilk oyununu keçirəcək.
Yarışa 16/1 final mərhələsindən qoşulan təmsilçimiz Rumıniyada yerli "Tarqovitse” komandası ilə qarşılaşacaq.
Oyunu bolqarıstanlı hakim Borislav İordanov və kiprli Teadora Kiriopulu idarə edəcək. Komandalar arasında cavab oyunu noyabrın 4-də Bakıda təşkil olunacaq.