“Azərreyl” ÇL-də qələbə qazanıb

“Azərreyl” ÇL-də qələbə qazanıb



Bu gün Bakının qadınlardan ibarət "Lokomotiv” voleybol klubu Çempionlar Liqasında ilk oyununa çıxıb.
"Dəmiryolçular" Rusiyada "Dinamo Kazan” kollektivinin qonağı olublar və qarşılaşma "Dinamo Kazan” komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqası yarışlarının "A” qrupunda "Lokomotiv”, "Azərreyl” (hər ikisi Azərbaycan), "Dinamo Kazan” (Rusiya) və Almaniyanın "Alyants Ştutqart” komandaları mübarizə aparır. Bu qrupda yer alan digər təmsilçimiz "Azərreyl” isə ilk görüşündə Almaniya təmsilçisindən üstün olub – 3:0.