Komandamızın cavab oyununun vaxtı müəyyənləşib

Komandamızın cavab oyununun vaxtı müəyyənləşib

Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında mübarizə aparan Bakının "Azəryol” klubunun keçirəcəyi növbəti oyunun vaxtı müəyyənləşib.
Turnirə 1/16 final mərhələsindən başlayan təmsilçimiz cavab oyununu noyabrın 10-da Azərbaycan Voleybol Mərkəzində Rumıniyanın "Tarqoviste” komandasına qarşı keçirəcək. Görüş saat 18:00-da başlanacaq.
Xatırladaq ki, bu komandalar arasında Rumıniyada təşkil olunan ilk oyunda "Azəryol” rəqibinə 0:3 hesabı ilə məğlub olmuşdu.