Azərbaycan çempionatının təqvimi açıqlandı

Azərbaycan çempionatının təqvimi açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Superliqasının I dövrəsinin təqvimi müəyyənləşib. 6 komandanın mübarizə apardığı çempionatın birinci hissəsində 17 qarşılaşma təşkil olunacaq. Gürcüstan təmsilçisi "Tbilisi”nin ölkəmizdə keçirəcəyi oyunlarının ardıcıllığını nəzərə alan Azərbaycan Voleybol Federasiyası qonaqların tez-tez səfər etməsinin qarşısını alaraq, başqa bir təqvim tərtib edib. Bunun nəticəsində də qonşu ölkənin komandası ilk dövrədə cəmi 3 oyuna çıxacaq. "Tbilisi”nin "Azəryol” və "Lokomotiv”lə qarşılaşmaları isə mövsümün sonrakı hissəsində oyunanılacaq. Əvəzində II dövrənin 4 matçı vaxtından əvvəl keçiriləcək. Bu səbəbdən də I dövrədən sonra komandaların oyunlarının sayı müxtəlif olacaq.
Məlumat üçün qeyd edək ki, ölkə çempionatın qaydalarında dəyişiklik olmayıb. Komandalar yenə 4 dövrə oynadıqdan sonra yarımfinalçıları müəyyənləşdirəcəklər. Ardınca isə mükafatçıların adları məlum olacaq.

I dövrə
I tur
6 noyabr
"Tbilisi” (Gürcüstan) - Gənclər yığması
"Azərreyl” İdman Bazası
"Lokomotiv” - "Telekom”
"Azərreyl” İdman Bazası
"Azərreyl” - "Azəryol”
"Azərreyl” İdman Bazası
II tur
7 noyabr
"Azərreyl” - "Tbilisi”
Azərbaycan Voleybol Federasiyasının idman zalı
III tur
8 noyabr
"Telekom” - "Tbilisi”
"Gənclik” Olimpiya İdman Kompleksi
IV tur
15 noyabr
"Telekom” - "Azərreyl”
"Gənclik” Olimpiya İdman Kompleksi
II tur
"Lokomotiv” - "Azəryol”
"Azərreyl” İdman Bazası
III tur
16 noyabr
"Azəryol” - Gənclər yığması
Azərbaycan Voleybol Federasiyasının idman zalı
V tur
20 noyabr
"Azəryol” - "Telekom”
"Azərreyl” İdman Bazası
III tur
"Azərreyl” - "Lokomotiv”
"Azərreyl” İdman Bazası
IV tur
21 noyabr
"Lokomotiv” - Gənclər yığması
Azərbaycan Voleybol Federasiyasının idman zalı
VI tur
30 noyabr
"Telekom” - "Lokomotiv”
"Gənclik” Olimpiya İdman Kompleksi
"Azərreyl” - "Azəryol”
"Azərreyl” İdman Bazası
II tur
1 dekabr
"Telekom” - Gənclər yığması
Azərbaycan Voleybol Federasiyasının idman zalı
V tur
4 dekabr
"Azərreyl” - Gənclər yığması
Azərbaycan Voleybol Federasiyasının idman zalı
IX tur
5 dekabr
"Azərreyl” - "Telekom”
"Azərreyl” İdman Bazası
VII tur
"Azəryol” - "Lokomotiv”
"Azərreyl” İdman Bazası