Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasına dəvət olunub. Həmyerlimiz qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Alba” (Rumıniya) - "Pyaçentsa” (İtaliya) oyununda ədaləti qoruyacaq.
Sibiu şəhərində təşkil olunacaq qarşılaşmada Eldar Zülfüqarov ikinci hakim funksiyasını yerinə yetirəcək. O, makedoniyalı əsas hakim Nikola Miçevskiyə kömək edəcək.
Məlumat üçün qeyd edək ki, "Alba” və "Pyaçentsa” komandaları arasındak oyun noyabrın 11-də keçiriləcək.