Olimpiya ümidləri» adlı Bakı şəhər açıq turniri keçirilib

Olimpiya ümidləri» adlı Bakı şəhər açıq turniri keçirilib


Bugünlərdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Təhsil” RİM-in idman zalında stolüstü tennis üzrə "Olimpiya Ümidləri” adlı Bakı şəhər açıq turniri keçirilib. Turnirdə "Təhsil” RİM, "Neftçi” İSM, 19 saylı UGİM, 18 saylı UGİM, 7 №-li İOEUGTİM, "Lokomotiv” İC, Sumqayıt şəhər UGİM, Gədəbəy şəhər UGİM, Şəki şəhər UGİM, Şirvan şəhər UGİM və Şabran rayon UGİM-dən 75 idmançı (25 qız) qüvvəsini sınayıb. Gərgin keçən mübarizənin yekununda şəxsi və qoşa yarışlarda qaliblər müəyyənləşib. Qaliblərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.