Cüdo üzrə «Böyük Dəbilqə» turniri keçiriləcək

Cüdo üzrə «Böyük Dəbilqə» turniri keçiriləcək

Mayın 4-5-də paytaxtımızda cüdo üzrə «böyük Dəbilqə» turniri keçiriləcək. Reytinq yarışda on altı ölkənin komandası iştirak edəcək. Turnirdə Kolumbiya, BƏƏ, Türkiyə, Kanada, ABŞ, Almaniya, Braziliya, Böyük Britaniya, İsveç, Finlandiya, Çexiya, Qazaxıstan, Gürcüstan, Rusiya və Fransadan komandalar iştirak edəcəklər. Qeyd edək ki, ölkəmizdə belə bir tədbir ilk dəfə və ən azı dörd il, yəni bütün Olimpiya tsikli dövründə təşkil ediləcək.