Voleybol turnirinə yekun vurulub

Voleybol turnirinə yekun vurulub


"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələri tələbələri arasında keçirilən XII Respublika Spartakiadası davam edir.
Spartakiadanın təqvim planına idmanın 6 növü - atletika, şahmat, dama, voleybol, basketbol, stolüstü tennis daxil edilib. Spartakiada çərçivəsində Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin idman zalında keçirilən voleybol (qızlar) üzrə yarışlar başa çatıb.
Turnirdə 7 komanda iştirak edib. Bakı Sənaye Pedaqoji Kolleci birinci yerə layiq görülüb. Bakı 2 saylı Baza Tibb Kolleci və Bakı Humanitar Kolleci müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.