Dekabrın 10-da Bakının qadınlardan ibarət "Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında dördüncü oyununu keçirəcək.
"Telekom” komandası "Sərhədçi” Olimpiya İdman Mərkəzində Almaniyanın "Drezdner” komandasını qəbul edəcək. Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən qarşılaşmaya rusiyalı Yevgeni Makşanov və bolqarıstanlı İlian Georgiev təyinat alıblar.
Çempionlar Liqası yarışlarının E qrupunda yer alan "Telekom” keçirdiyi hər üç görüşündə meydandan məğlub ayrılıb.