Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının 3-cü turu çərçivəsində növbəti oyunlar keçirilib.
Bakının "Lokomotiv” komandası Almaniyada "Şarrena” Arenada "Ştutqart” klubunun qonağı olub. Oyunu portuqaliyalı baş hakim Avelino Azevedo idarə edib. İkinci hakim funksiyasını isə italiyalı Daniele Rapisarda yerinə yetirib.
Təmsilçimiz favorit sayılsa da, sonda məğlub olub - 3:1.
Qeyd edək ki, Çempionlar Liqası yarışlarının A qrupunda mübarizə aparan "Lokomotiv” ilk görüşdə "Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının "Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlmişdi. Bakı təmsilçisi doğma meydanda "Ştutqart”dan 3:0 hesabı ilə üstün olmuşdu.
Çempionlar Liqası
9 dekabr
A qrupu
"Ştutqart” (Almaniya) – "Lokomotiv” (Azərbaycan) - 3:1 (25:23, 26:24, 16:25, 25:16)
Hakimlər: Avelino Azevedo (Portuqaliya), Daniele Rapisarda (İtaliya).