Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının IV turuna start verilib. II dövrənin ilk qarşılaşmasında "Azərreyl” Kazan "Dinamo”sunu qəbul edib.
İlk 3 oyunda cəmi 3 xal qazanan "dəmiryolçular” bu dəfə də məğlub olublar. Cəmi 1 setdə qələbə qazanan Bülent Kasrlıoğlunun yetirmələri işlərini çətinə salıblar. Belə ki, onların növbəti mərhələ şansları xeyli azalıb.
Çempionlar Liqası
9 dekabr
A qrupu
"Azərreyl” (Azərbaycan) - "Dinamo” (Kazan, Rusiya) - 1:3 (20:25, 25:21, 21:25, 17:25)
Hakimlər: Karin Zaxarova (Çexiya), Mehmet Ersin Altıparmak (Türkiyə)
Bakı. "Azərreyl” İdman Bazası