“Telekom” tay-brekdə qalib gələ bilmədi - YENİLƏNİB

“Telekom” tay-brekdə qalib gələ bilmədi - YENİLƏNİB


Bu gün qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasında IV tur yekunlaşacaq. Olimpnews.az saytının məlumatına görə, son oyun günündə Bakının "Telekom” klubu Almaniyanın "Dresdner” klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Rəqibə ciddi müqavimət göstərən təmsilçimiz yalnız tay-brekdə uduzub.
Qeyd edək ki, tərəflər arasında səfərdə keçirilən ilk oyunda rəqib qələbə qazanmışdı (0:3).

Çempionlar Liqası
10 dekabr
E qrupu
"Telekom” (Azərbaycan) – "Dresdner” (Almaniya) - 2:3 (21:25, 25:20, 21:25, 25:17, 7:15)
Hakimlər: Yevgeni Makşanov (Rusiya), İlian Georgiyev (Bolqarıstan).
Bakı. "Sərhədçi” İdman Olimpiya Mərkəzi.