“Azəryol”dan asan qələbə - YENİLƏNİB

“Azəryol”dan asan qələbə - YENİLƏNİB


Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin oyunları olub. Olimpnews.az saytının məlumatına görə, "Azəryol” Finlandiyanın "Salo” klubu ilə ilk oyununa çıxıb.

Təmsilçimizin aşkar üstünlüyü ilə keçən görüş onların qələbəsi ilə başa çatıb.


CEV kuboku
10 dekabr
1/8 final mərhələsi, ilk oyun
"Salo” (Finlandiya) – "Azəryol” (Azərbaycan)- 0:3 (16:25, 19:25, 23:25)
Hakimlər: Konstantin Osipçuk (Belarus), Pavel Anderson (Rusiya).
Salo. Salohalli Sarayı.