"Gənclik"dən növbəti qələbə

"Gənclik"dən növbəti qələbə

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti tura start verilib. Olimpnews.az saytının məlumatına görə, günün yeganə oyununda "Gənclik” və "Tbilisi” klubları üz-üzə gəlib.

Voleybol Federasiyasının idman zalında təşkil olunan görüşdə Vüqar Əliyevin yetirmələri qələbə qazanıblar.


Azərbaycan Super Liqası
12 dekabr
VI tur

"Gənclik” – "Tbilisi” - 3:0 (25:20, 25:17, 25:14)
Azərbaycan Voleybol Federasiyasının idman zalı
İlk dövrə - 3:0