Azərbaycan voleybolçusu Polina Rəhimova bir oyunda maksimal xalların sayında yeni dünya rekordçusu olub.
"Bodi Kvinsis" komandasında çıxış edən Rəhimova bu uğura Yaponiya çempionatında "Hitaçi Rivale" ilə görüşdə imza atıb. İdmançımız bu oyunda təkbaşına 58 xal toplayıb. 25 yaşlı voleybolçunun komandası görüşdə 3:2 (26:24, 22:25, 23:25, 25:22, 15:9) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bundan əvvəlki rekord 57 xalı olan bolqarıstanlı voleybolçu Elitsa Vasilyevaya məxsus idi.