"Azərreyl" liderliyə yüksəldi

"Azərreyl" liderliyə yüksəldi

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 1 qarşılaşma təşkil olunub. Olimpnews.az saytının məlumatına görə, X turda "Azərreyl” "Gənclik” klubunu sınağa çəkib.

Bülənt Karslıoğlunun yetirmələri ilk dövrədə olduğu kimi, bu dəfə də asan qələbə qazanıb. Qazanılan qələbə sayəsində "dəmiroyolçular” müvəqqəti olsa da, liderliyə yüksəldiblər.

Azərbaycan Super Liqası
15 dekabr
X tur
"Azərreyl” - "Gənclik” - 3:0 (25:14; 25:16; 25:12)
"Azərreyl” İdman Bazası
İlk dövrə - 3:0