İki taekvondoçumuz Avropa çempionu oldu

İki taekvondoçumuz Avropa çempionu oldu

Moldovanın Kişinyov şəhərində 16-21 yaşlılar arasında keçirilən Avropa çempionatında taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Hüseyn Mehralıyev (-68 kq) qızıl medallar qazanıblar. Fəridə Əzizova birinci döyüşdə hollandiyalı rəqibi Reacq Kimə 7:3 hesabı ilə qalib gələrək dörddə bir finala yüksəlib. Döyüşçümüz bu mərhələdə polşalı rəqibi Lis Katarzynaya şans verməyib - 9:4. Yarımfinalda Fəridə italiyalı Rizzelli Cristiana 1 xal hesabı ilə qalib gəlib. Həlledici qarşılaşmada idmançımız fransa taekvondoçusu Niare Habya 4:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.


Xatırladak ki, Fəridə Əzızova ötən il Misirdə gənclər arasında keçirilən dünya çempionatında qalib olmuşdu. Hüseyn Mehralıyev (-68 kq) ilk döyüşündə Ukrayna idmançısı Artem Marchenkoya 10:6 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Portuqliya taekvondoçusu Andre Magoneyə qarşı keçirib. Gərgin kecən döyüşdən 6:5 hesabı ilə qalib ayrılan taekvondoçumuz bununla yarımfinala vəsiqə qazanıb. Yarımfinalda döyüşçümüz yerli idmançı Arventii Vladislavla üzləşib. Bu döyüşdən qalib ayrılan idmançımız finala vəsiqə qazanıb. Finalda Hüseyn Mehralıyev Türkiyə idmançısı Akyol Berkayla görüşüb. 9:9 hesablı bərarəlikdən sonra cütlüyün taleyini "qızıl” xal həll edib. Nəticədə İdmançımız əlavə hissədə "qızıl” xall qalib gələrək Avropa çempionu olub.
Xatırladaq ki, Hüseyn Mehralıyev 2011-cl il Kiprdə gənclər arasında keçirilən Avropa çempionatının gümüş mükafatçısı olmuşdu.