Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında iki oyun təşkil olunub. Olimpnews.az saytının məlumatına görə, günün hər iki qarşılaşması eyni vaxtda keçirilib.
Bu matçlar ilin son görüşləri idi. Belə ki, oyunların ardından çempionatda qış fasiləsinə start verilib.
Eyni xalla zirvəni bölüşən "Lokomotiv”lə "Azərreyl” 2015-ci ili zirvədə tamamlamaq üçün mübarizə aparıblar. Qalib komanda "qış çempionu” olacaqdı. "Azərreyl” bu fürsəti əldən verməyərək, qalib gəlib.
Digər oyunda "Telekom"la "Azəryol” görüşüb. İlk setdə "Telekom" uduzsa da, sonradan özünə gəlib. Növbəti 3 setdə qələbə qazanan "Telekom" klubu qələbəni bayram edib.
Azərbaycan Super Liqası
19 dekabr
X tur
"Telekom" - "Azəryol” - 3:1 (28:30; 25:22; 25:20; 25:23)
"Gənclik” Olimpiya İdman Kompleksi
İlk dövrə - 3:1
VIII tur
"Lokomotiv” – "Azərreyl” - 0:3 (22:25, 13:25, 20:25)
"Azərreyl” İdman Bazası
İlk dövrə - 3:0