“Azəryol”un oyunlarının vaxtı bəllidir

“Azəryol”un oyunlarının vaxtı bəllidir

Qadın voleybolçular arasında CEV kubokunda 1/4 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Olimpnews.az saytının məlumatına görə, "Çelenc raund”a gedən yolda Bakının "Azəryol” klubu ilk cəhdinə yanvarın 19-da olacaq.

Ziya Rəcəbovun yetirmələri Polşada "Muşina” ilə görüşə Bakı vaxtı ilə saat 23:30-da çıxacaqlar.
Cavab matçı isə yanvarın 26-na təsadüf edəcək. "Azərreyl” İdman Bazasında təşkil olunacaq qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.