Super-liqada növbəti turun oyunları keçirilib

Super-liqada növbəti turun oyunları keçirilib



"Dəmiryolçular” medal qazanmaq imkanlarını saxlayırlarSuper-liqada XXVI turun oyunları keçirilib. Voleybol Mərkəzində təşkil olunan birinci görüşdə "Lokomotiv” komandası "Lokomotiv Biləcəri” klubunu qəbul edib. Meydan sahibi qonaqları 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Cüzeppe Kuçarinin komandası qələbə əldə etməklə medal qazanmaq imkanlarını da saxlayıb. Növbəti görüşdə isə "Azərreyl”lə "Bakı-Azəryol” qarşılaşıblar. Aleksandr Çervyakovun yetirmələri hər 3 hissədə inamla qələbə qazanaraq, ikinci pillədəki yerlərini qoruyublar. Turun son oyununda isə "Rabitə” ilə "Telekom” komandası münasibətlərinə aydınlıq gətiriblər. Ötən tur 6-cı dəfə çempion olan Marçello Abbondanzanın yetirmələri debütantla matçda da qalib gəlməkdə çətinlik çəkməyiblər. Beləliklə, XXVI turda qeydə alınan hesablar turnir cədvəlində dəyişikliyə səbəb olmayıb. Nəticədə hələ gümüş və bürünc medallar uğrunda mübarizə davam edir. Artıq voleybol üzrə Azərbaycan çempionatının son 2 gününün təqvimi də məlum olub. Aprelin 23-də XXVII tur, 26-da isə XXVIII turun oyunları keçiriləcək. Cümə gün təşkil olunacaq oyunların keçirilmə vaxtında dəyişiklik edilib. Belə ki, mükafatlandırma mərasimi olacağından görüşlər həmişəki vaxtda deyil, 1 saat tez başlayacaq. İlk oyunda 6-cı yerin sahibi müəyyənləşəcək. Ardınca "Lokomotiv”lə "İqtisadçı” arasında maraqlı oyunun keçəcəyi gözlənilir. Çempionatın son görüşündə isə əzəli rəqiblər - "Rabitə” ilə "Azərreyl” üz-üzə gələcəklər. "Rabitəçilər” ötən tur çempion olduqlarından Azərbaycan derbisində xal daha çox "dəmiryolçular”a lazım olacaq.


20 aprel
XXVI tur

"Lokomotiv” - "Lokomotiv Biləcəri” - 3:0 (25:17; 25:18; 25:22)

İlk oyun: "Lokomotiv Biləcəri” - "Lokomotiv” - 0:3 (18:25, 20:25, 17:25)
İkinci oyun: "Lokomotiv” - "Lokomotiv Biləcəri” - 3:0 (25:16, 25:16; 25:15)
Üçüncü oyun: "Lokomotiv Biləcəri” - "Lokomotiv” - 0:3 (14:25, 21:25, 15:25)

"Bakı-Azəryol” - "Azərreyl” - 0:3 (17:25; 18:25; 29:31)

İlk oyun: "Azərreyl” - "Bakı-Azəryol” - 3:0 (25:17, 25:18, 30:28)
İkinci oyun: "Bakı-Azəryol” - "Azərreyl” - 0:3 (16:25; 27:29; 23:25)
Üçüncü oyun: "Azərreyl” - "Bakı-Azəryol” - 1:3 (18:25, 25:22, 19:25, 19:25)

"Rabitə” - "Telekom” - 3:0 (25:17; 25:10; 25:11)

İlk oyun: "Telekom” - "Rabitə” - 0:3 (15:25, 18:25, 18:25)
İkinci oyun: "Rabitə” - "Telekom” - 3:0 (25:16, 25:14, 25:12)
Üçüncü oyun: "Telekom” - "Rabitə” - 0:3 (16:25, 14:25, 11:25)


23 aprel
XXVII tur

15:00. "Lokomotiv Biləcəri” - "Rabitə”
17:00. "Azərreyl” - "Lokomotiv”
19:00. "İqtisadçı” - "Bakı-Azəryol”

26 aprel
XXVIII tur

14:00. "Telekom” - "Lokomotiv Biləcəri”
16:00. "Lokomotiv” - "İqtisadçı”
18:00. "Rabitə” - "Azərreyl”