Həmyerlimiz yeni təyinat alıb

Həmyerlimiz yeni təyinat alıb

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. CEV Avropa Olimpiya Təsnifat Turnirində özünü yaxşı tərəfdən göstərən həmyerlimiz Eldar Əliyev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edəcək. Beynəlxalq dərəcəli ədalət təmsilçimiz "Ziraat Bankası” (Türkiyə) - "Fredrişafen” (Almaniya) oyununda əsas hakim olacaq. Kişi voleybolçuların yarışında ona köməkliyi italiyalı Fabrisio Saltalippi edəcək.

Qeyd edək ki, Türkiyənin Ankara şəhərində təşkil olunacaq oyun yanvarın 19-da keçiriləcək.