Bu il Azərbaycanda keçiriləcək "Formula-1” üzrə Qran-pri mərhələ yarışlarının vaxtə dəqiqləşib. Belə ki, ölkəmizdə ilk dəfə keçiriləcək 1 Avropa Qran-prisinə iyunun 19-da yerli vaxtla saat 18:00-da start veriləcək.
"Olimpnews.az” Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin verdiyi məlumata əsasən xəbər verir ki, Bakıda keçiriləcək Formula-1 yarışı ilə Fransada təşkili nəzərdə tutulan "24 saat Le Man” marafonu üst-üstə düşməyəcək. Məlumata görə, Fransadakı yarış iyunun 19-da Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.
Qeyd edək ki, 2016-cı il dünyanın məşhur "Formula-1” yarışlarının təqviminin gərgin mövsümü hesab olunur. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) ötən dekabrın 3-də açıqladığı məlumata görə, Avropa Qran-pri yarışları təqvim cədvəlinə əlavə olunandan sonra il ərzində "Formula-1” üzrə keçiriləcək Qran Pri yarışlarının ümumi sayı 21-ə çatıb.