Bakının qadınlardan ibarət "Lokomotiv” voleybol klubunun Çempionlar Liqası yarışlarının pley-off mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
Olimpnews.az saytının məlumatına görə, "dəmiryolçular” İsveçrənin "Volero” klubu ilə 1/6 final mərhələsinin ilk oyununa fevralın 10-da çıxacaqlar. "Azərreyl” idman bazasında keçiriləcək görüşü idarə edəcək hakimlərin adları da bəllidir. Oyunda ədaləti yunanıstanlı Konstantinos Voudouris qoruyacaq. İkinci hakim funksiyasını isə almaniyalı Ralf Barnstrof yerinə yetirəcək. Komandalar arasında cavab qarşılaşması fevralın 25-də Sürix şəhərindəki "Saalsporthalle” arenada təşkil olunacaq.
Məlumat üçün qeyd edək ki, Azərbaycan millisinin üzvü Nataliya Məmmədova "Valero” komandasının heyətində çıxış edir.