Voleybol üzrə qadınlar arasında keçirilən CEV kubokunun "Çelenc raund”una vəsiqə qazanan "Azəryol”un ilk qarşılaşmasının vaxtı dəqiqləşib.
Olimpnews.az saytının məlumatına görə, Bakı təmsilçisi İtaliyanın "Novara” klubunu fevralın 11-də qəbul edəcək. Görüş "Azərreyl”in idman bazasında təşkil olunacaq.
Komandalar arasında cavab qarşılaşması isə fevralın 23-də keçiriləcək.