Fevralın 17-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışları çərçivəsində iki oyun keçirilib.
Əvvəlcə Azərbaycan Voleybol Mərkəzində "Azərreyl” və "Gənclik” komandaları meydana çıxıb. Görüşdə "Azərreyl” komandası asan qələbə qazanıb – 3:0.
Digər görüşdə isə yarışda müsabiqədən kənar çıxış edən Gürcüstanın "Tbilisi” komandası "Azəryol”u qəbul edib. Qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabında 31 xal olan "Telekom” turnir cədvəlinin birinci pilləsinə yer alır. "Azərreyl” klubu 30 xalla ikinci, "Lokomotiv” komandası isə 26 xalla üçüncü pillədə qərarlaşıb.