“Heydər” zirvəsinə yürüş olacaq

“Heydər” zirvəsinə yürüş olacaq



Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Quba rayonundakı Qızıl Qaya massivində Heydər zirvəsinə (3751 m) kütləvi yürüş keçiriləcək.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yürüşdə 300-dən çox insanın iştirakı gözlənilir. Ənənəvi yürüş may ayının 3-dən 10-dək keçiriləcək. Bakı şəhərindən yola salınan qruplar Quba rayonundakı Qızılqaya massivinin ətəyinə aparılacaq. Oradakı düşərgədən insanlar dağa uyğunlaşma prosesi keçdikdən sonra zirvəyə yürüş edərək geri qayıdacaqlar. Yürüşün proqramına əsasən mayın 10-da güclü idmançılardan ibarət dəstənin "Heydər” zirvəsinə sürətlə qalxması həyata keçiriləcək. Yürüşdə respublikanın müxtəlif təşkilatları, idman klubları, ali və orta ixtisas ocaqları, güc nazirlikləri və bir çox özəl və ictimai təşkilatları iştirak edəcəklər.