Qadın voleybolçular arasında CEV kubokunun "Çelenc raund”unun cavab görüşlərini idarə edəcək hakimlərin adı açıqlanıb.
Olimpnews.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası "Novara” (İtaliya) - "Azəryol” (Azərbaycan) görüşünü rusiyalı Kirill Nesterenkoya həvalə edib. Fevralın 23-də keçiriləcək qarşılaşmada ikinci hakim funksiyasını isə Boris Skudnik (Sloveniya) yerinə yetirəcək.
Qeyd edək ki, "Azəryol” bu komanda ilə keçirdiyi birinci oyunda 3:1 hesabı ilə qalib gəlib.