Bu gün Rusiyanın paytaxtı Moskvada «Aeroflot-open-2016» beynəlxalq şahmat festivalı start götürüb. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarının da iştirak etdiyi ənənəvi turnirdə əvvəllər olduğu kimi, klassik şahmat üzrə yarışlar üç qrupda keçirilir. Turnirdə ölkəmizi Eltac Səfərli və Aydan Höcətova təmsil edirlər.
Əsas turnirin qalibi bu ilin iyun-iyul aylarında Almaniyanın Dortmund şəhərində keçiriləcək super-turnirdə iştirak etmək hüququ qazanacaq. Martın 10-da "Aeroflot” kuboku uğrunda blits-turnir keçiriləcək.
Martın 11-də başa çatacaq yarışların ümumi mükafat fondu 140 min avro təşkil edir.