Yarış 7 turdan ibarət olacaq

Yarış 7 turdan ibarət olacaq

Martın 21-də Bakıda FIDE qaydaları üzrə "Novruz-2016” beynəlxalq reytinqli şahmat turniri start götürəcək.

Olimpnews.az saytının məlumatına görə, turnirdə ELO əmsallı şahmatçılar iştirak edəcəklər. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Qeyd edək ki, turnirə martın 28-də yekun vurulacaq.