Stend atıcılığı üzrə yarışlar davam edir

Stend atıcılığı üzrə yarışlar davam edir



Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində stend atıcılığı üzrə dünya Kuboku yarışları davam edir.
Bu yarışda 8 idmançı ilə təmsil olunan Azərbaycan komandası hələlik medal qazana bilməyib. Olimpnews.az saytına daxil olan məlumata görə, stend atıcılarından beşi artıq çıxışlarını başa vurublar. Çıxışını başa vuranlar arasında Olimpiya çempionu Zemfira Meftahəddinova da var. Finala yüksələ bilməyən xanım idmançımız təsnifat mərhələsini 71 xalla 10-cu yerdə başa vurub.
Qeyd edək ki, yarışda skit növündə mübarizə aparan Emin Cəfərov, Niyaz Ağazədə və Fuad Qurbanov hələ çıxışlarını davam etdirirlər.