Təşkilatçılar tədbirlər görürlər

Təşkilatçılar tədbirlər görürlər

Bu ilin avqustunda Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının təşkilatçıları idmançıları Zika virusundan qorumaq üçün lazım olan tədbirlər görürlər.

Olimpnews.az saytının məlumatına görə, təşkilatçılar Olimpiya kəndində idmançıların rahat yerləşməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etməyi planlaşdırırlar. Onlar ilk öncə kondiosioner quraşdırılmış otaqların pəncərələrini bağlı saxlamağı düşünürlər. Bu da Zika virusunun daşıyıcıları olan ağcaqanadların içəri daxil olmasının qarşısını almış olacaq.

Məlumat üçün bildirək ki, Braziliyadakı meşə massivinin adını daşıyan Zika virusu ilk dəfə 1947-ci ildə Uqandada aşkarlanıb. Lakin bu virus haqqında keçən ilin mayında daha geniş danışılmağa başlanıb. Çünki Zika virusu ötən il Braziliyada tüğyan etdikdən sonra Cənubi və Şimali Amerikanın digər ölkələrinə də yayılıb və xəstəlik törədib. Hazırda qərb yarımkürəsinin 55 ölkəsindən 21-i bu virusdan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu il fevral ayının 1-də virusun qarşısını almaq üçün yerli əhaliyə fövqəladə tibbi yardım göstərilib.