Rio-2016-ya ilkin qeydiyyatla bağlı iclas keçiriləcək

Rio-2016-ya ilkin qeydiyyatla bağlı iclas keçiriləcək

Mayın 16-19-da Madriddə Rio-2016 Olimpiya Oyunlarına Azərbaycan nümayəndə heyətinin ilkin qeydiyyatı ilə bağlı iclas keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, iclasda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi və Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.

Tədbir çərçivəsində Rio-2016-da iştirak edəcək ölkələrin nümayəndələrinin hazırlıq prosesi, idmançıların qeydiyyatı və digər məsələlər müzakirə olunacaq.