31 idmançının dopinq nümunəsi iyunda yenidən yoxlanılacaq

31 idmançının dopinq nümunəsi iyunda yenidən yoxlanılacaq



Altı idman növü üzrə Rio-2016 Yay Olimpiya Oyunlarından kənarlaşdırılan 31 idmançının qanından götürülmüş "B” dopinq yoxlaması iyunun əvvəllərində aparılacaq.

"Olimpnews.az" xəbər verir ki, bu sözləri jurnalistlərlə mətbuat konfransında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tibb işləri üzrə direktoru Riçard Bacet deyib.

Xatırladaq ki, BOK bir müddət bundan əvvəl WADA təşkilatı ilə birlikdə Pekin-2008 Yay Olimpiya Oyunlarında götürülən 454 dopinq nümunəsini yenidən yoxlanılması barədə məlumat vermişdi. Yoxlamalar yalnız Rio-2016 Olimpiadasında iştirak edə biləcək real namizədlərə şamil edilib. Nəticədə 6 idman növü üzrə 31 idmançı XXXI Yay Olimpiya Oyunlarından kənarda qalmaq təhlükəsi ilə üzləşib.
Beləliklə, həmin 31 idmançının dopinq nümunələri iyun ayının əvvəlində Avsrtaliya Antidopinq Laboratoriyasında yenidən yoxlanılacaq.