Dopinq qalmaqalı davam edir

Dopinq qalmaqalı davam edir


Pekin-2008-də İspaniya Olimpiya yığmasını təmsil edən manelərlə qaçış üzrə idmançı Jozefina Oninin dopinq yoxlamaları müsbət nəticə verib. 

Bu barədə İspaniyanın "Marsa” qəzeti məlumat yayıb.
Adıçəkilən idmançı bundan əvvəl də dopinqdən istifadədə günahlandırılıb. Beynəlxalq Arbitraj Məhkəməsi 2009-cu ildə Beynəlxalq Yüngül Atletika Federasiyasının (İAAF) tələbi ilə İspaniya təmsilçisini 2 il müddətinə idmandan uzaqlaşdırıb. Belə ki, Jozefina Oninin qanında qadağan olunmuş preparat – metilgeksanamin tapılıb.

Bugünlərdə Rusiya Olimpiya Komitəsi də Beynəlxalq Olimpiya Komitəsindən (BOK) aldığı və Pekin-2008 Olimpiadasında ölkənin 14 idmançısının dopinqdən istifadə etdiyini sübut edən sənədləri təsdiqləyib.

Xatırladaq ki, BOK bir müddət bundan əvvəl WADA təşkilatı ilə birlikdə Pekin-2008 Yay Olimpiya Oyunlarında götürülən 454 dopinq nümunəsini yenidən yoxlanılması barədə məlumat yaymışdı. Yoxlamalar yalnız Rio-2016 Olimpiadasında iştirak edə biləcək real namizədlərə şamil edilib. Nəticədə 6 idman növü üzrə 31 idmançı XXXI Yay Olimpiya Oyunlarından kənarda qalmaq təhlükəsi ilə üzləşib.