Olimpiya idman obyektlərinin işi yoxlanılır

Olimpiya idman obyektlərinin işi yoxlanılır



Braziliya federal prokurorluğu dövlət büdcəsi əsasında inşa edilən Olimpiya idman obyektlərinin müqavilə sənədlərini araşdırır.

"Olimpnews.az” "Reyters” agentliyinə istinadən xəbər verir ki, buna səbəb koorupsiya ehtimalıdır. Ölkənin hüquq-mühafizə orqanları Quanbar körfəzinin təmizlənməsinə ayrılan federal vəsaitin hara xərcləndiyini də araşdırırlar. Körfəz təmizlənmədiyinə görə yelkən idman yarışlarının harada keçiriləcəyi hələlik bəlli deyil.

"Biz Olimpiya parkının və Deodordakı bir sıra Olimpiya idman qirğularının işini yoxlamaq üçün tədqiqata başlamışıq. Müqavilə sənədləri yoxlanılacaq və həm də xidmət, təhlükəsizlik məsələləri araşdırılacaq. Bir sözlə, federal büdcənin hara və nəyə xərclənəcəyi aydınlaşdırılacaq”, - deyə Rio-de-Janeyro federal prokurorluğunun nümayəndəsi Leandru Mitidyeri bildirib.
Məlumat üçün bildirək ki, mayın əvvəlində Rio-de-Janeyro şəhərinin munisipial parlamenti Olimpiya idman obyektlərində koorupsiya ilə bağlı 4 nəfərdən ibarət komissiya yaradıb.

XXXI Yay Olimpiya Oyunları avqustun 5-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.