Üçəmlər Rio-2016 Olimpiadasında yarışacaqlar

Üçəmlər Rio-2016 Olimpiadasında yarışacaqlar



Estoniyalı 3 əkiz bacı Rio-2016 Yay Olimpiya Oyunlarında öz bacarıqlarını nümayiş etdirmək niyyətindədir. Əkizlər öz adlarını Olimpiya tarixinə yazdırmaqda çox qərarlıdırlar. Marafon yarışlarında özünü sınamaq istəyən bacılar olimpiadada yer tutacaqlarından da əmindirlər. Yaşayarıq, görərik.

Lili, Liyne və Leyli Lyuk adlı üçəmlər marafon yarışlarında 24 yaşından etibarən iştirak edirlər. Tartu şəhərində olan bu cazibədar qızların indi 30 yaşı var. Hazırda onlar müxtəlif şəhərlərdə yaşasalar da, hər il məşq etmək üçün Keniya şəhərində bir araya gəlirlər. Üçəmlər Rio-2016 Olimpiadasına hazırlaşmaq üçünsə İtaliyanın şimalınə seçiblər.

Lili, Liyne və Leyli üçün olimpiadada iştirak etmək elə mükafata bərabərdir.
Məlumat üçün bildirək ki, bu gün üçün Leylinin göstəricisi 2:37:12-dir. Liyne Leylidən 30 saniyə, Lili isə ondan 45 saniyə geri qalır.

Müqayisə üçün bildirək ki, London-2012-də Olimpiya rekordu 2:23:07-dir.








Səadət