Qadın voleybolçularımızdan növbəti qələbə

Qadın voleybolçularımızdan növbəti qələbə



İyunun 5-də qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Millimiz qrupda sonuncu oyununda İspaniya ilə qarşılaşıb. Qarşılaşma 3-1 hesabı ilə Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb. İlk set voleybolçularımzın ar üstünlüyü şəraitində keçib (25:16). İkinci setdə ispanlar setlərdə bərabərlik yarada biliblər (23:25). Sonrakı iki setdə də voleybolçularımız rəbindən üstün olublar (25:17, 25:16).

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri keçirdikləri ilk iki oyunda Fransa və Monteneqro voleybolçularına set vermədən qalib gəlib.