Tanınmış idmançı olimpiadaya getməkdən ehtiyat edir

Tanınmış idmançı olimpiadaya getməkdən ehtiyat edir
ABŞ velosipedçisi Tiçey van Qarderen Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etməkdən imtina edib.

Olimpnews.az saytının məlumatına görə, buna səbəb olaraq idmançı Zika virusuna yoluxma təhlükəsini göstərib. O, virusun hamilə olan həyat yoldaşına keçə biləcəyindən ehtiyat edir. Van Qarderen olimpiadada iki yarışda iştirak etməli idi. Lakin velosipedçi özünü riskə atmaq istəmir: "Təhlükənin çox az olduğunu bilirəm. Üstəlik, ehtiyat tədbirlər də görmək mümkündür. Amma iş ondadır ki, özümü heç bir riskə atmaq istəmirəm. Çünki burada söhbət mənim həyat yoldaşımdan gedir”.

Qeyd edək ki, daha öncə İspaniya basketbolçusu Pol Qazol da Zika virusundan narahatlığını ifadə edib. O, ölkə yığmasının Rio-2016 ilə bağlı hələ qəti qərara gəlmədiyini açıqlayıb.