Şarapova və Brayant olimpiadaya getməyəcəklər

Şarapova və Brayant olimpiadaya getməyəcəklər





Rusiyalı tennisçi Mariya Şarapova Rio-2016 Olimpiadasında iştirak etməyəcək. Çünki Beynəlxalq Tennis İttifaqı (İTF) onu 2 il müddətə diskvalifikasiya edib.

"Olimpnews.az" xəbər verir ki, tennisçi bir müddət bundan əvvəl 10 illik karyerası ərzində qadağan olunmuş preparatdan (meldoniya) istfadə etdiyini etiraf edib. Onun qanından dopinq analizləri Australian Open-2016-da götürülüb və test müsbət nəticə verib.

Şarapovanın bu məsələ ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) şikayət etməyə haqqı vardır.
Məlumar üçün bildirək ki, meldoniya qadağan olunmuş preparatların siyahısına bu ilin yanvarından daxil edilib.

Məşhur ABŞ basketbolçusu Kobi Brayant isə sadəcə, olimpiadada iştirak etmək istəmir. Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının çempionu artıq karyerasını başa vurduqdan sonra dincəlməyi qərara alıb.