Rusiya atletika yığması Rio-2016-da iştirak etməyəcək

Rusiya atletika yığması Rio-2016-da iştirak etməyəcək



Rusiyalı yüngül atletlərin Rio-2016 Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub. Beləliklə, atletika üzrə Rusiya yığması Rio Olimpiadasında çıxış etməyəcək.

Böyük Britaniyanın "The Guardian” qəzetinin yazdığına görə, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) şurasının Vyanada keçirilən iclasında Rusiya Yüngül Atletika Federasiyasının Olimpiya Oyunlarından kənarlaşdırılması ilə bağlı qərar dəyişdirilməyərək qüvvədə qalıb.
Qeyd edək ki, 2015-ci ilin noyabrında Beynəlxalq Antidopinq Federasiyası (WADA) Rusiyanın dopinq qaydalarını pozduğunu iddia edib. Sonradan İAAF bu ölkəni öz sıralarından xaric edib. Üzvlüyün bərpa edilməsi üçün adıçəkilən ölkənin federasiya rəhbərliyinin dəyişdirilməsi irəli sürülüb. Lakin rəhbərlik dəyişdirilsə də, bu məsələ hələ qapanmamış qalır.
Ümumiyyətlə, məsələ ilə bağlı yekun qərar Beynəlxalq Olimpiya Komitəsinin iyunun 21-də keçiriləcək iclasında qəbul ediləcək.