Kazan "Dinamo”sunun böyük məşqçisi Denis Matveyev Rusiya Super-liqasının yarımfinal mərhələsində "Omiçka” klubuna qarşı ilk oyundan sonra qazanılan qələbə ilə bağlı fikirlərini bildirib. ""Omiçka” Krasnodar "Dinamo”sunu artıq mübarizədən kənarlaşdırmaqla güclü olduğunu sübut etmişdi. Rəqib komandanın heyətində Əlişeva, Məmmədova kimi güclü voleybolçular var. Biz bilirdik ki, onlara qarşı mübarizə aparmaq heç də asan olmayacaq. Bu belədə də oldu. Hansısa məqamlarda təşəbbüsü əldən verdik, ancaq matçın gedişini blokda yaxşı oynayaraq öz xeyrimizə dəyişə bildik”.