Olimpiya kəndinin açılışı olub

Olimpiya kəndinin açılışı olub



Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edəcək ölkələrin idmançı və nümayəndələrinin yerləşəcəyi Olimpiya kəndinin açılışı olub.

Olimpiadanın keçirildiyi müddətdə bu kənddə 18 mindən çox insan – olimpiyaçı, paralimpiyaçı, rəsmi şəxslər və könüllülər məskunlaşacaq.

Kompleksdə 3600-dən çox yaşayış sahəsi olan 31 bina var. Olimpiya kəndi ərazisində idmançılara yüksək səviyyəli xidmət göstəriləcək. Burada həmçinin burada qonaqlara çoxkonfessiyalı dini mərkəzlər, üzgüçülük hovuzları və tennis kortları təqdim olunacaq.

İdmançıların iyulun 24-dən etibarən Olimpiya kəndinə təşrif buyuracağı gözlənilir. XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək keçiriləcək.