Məşq zamanı iki paraşütçü dünyasını dəyişib

Məşq zamanı iki paraşütçü dünyasını dəyişib



"Olimpnews.az" Rusiya mətbuat;na istinadən xəbər verir ki, Braziliyada Rio-2016 Olimpiadası ilə bağlı təşkil edilən şou məşqi faciə ilə nəticələnib. İki braziliyalı paraşütçü məşq zamanı alıqları zədədən dünyalarını dəyişiblər.

Paraşüt idmanı üzrə 39 yaşlı ölkə çempionu Qustavo Korreya Qarsez və 47 yaşlı instruktor Gilyerme Baştuş Padilya məşqdə iştirak edən 28 nəfərdən ibarət qrupda yer almışdılar. Onlar havada 5 Olimpiya həlqəsini yaratmaq istərkən qəzaya uğrayıblar. Baştuş Padilya beyin sədəsindən yerindəcə keçinib, Korreya Qarsez isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.