Rusiya Super Liqasının yarımfinal mərhələsində "Dinamo” (Kazan) - "Omiçka” oyunundan sonra Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın topladığı xal məlum olub. Omsk təmsilçisinin şərəfini qoruyan hücumçumuz 3:1 hesabı ilə uduzduqları matçda da bütün rəqiblərini qabaqlayıb. Nataliya Məmmədova bu görüşdə 30 xal toplayaraq, matçın ən yaxşı oyunçusu seçilib. Müqayisə üçün bildirək ki, kazanlıların heyətində Yekaterina Qamova təmsilçimizdən 8 xal geri qalıb. Qeyd edək ki, komandalar arasında növbəti oyun dünən keçirilib. Mərhələ adlamaq üçün 3 qələbə qazanmaq lazımdır.