Pele olimpiada üçün mahnı yazıb

Pele olimpiada üçün mahnı yazıb



Əfsanəvi Braziliya futbolçusu Pele Rio-2016 Yay Olimpiya Oyunlarına həsr olunmuş mahnı yazıb.

"Mən Olimpiya Oyunları üçün xüsusi olaraq manhı bəstələmişəm. Bu mahnını sizlərlə bölüşmək üçün həyəcanla gözləyirəm”, - deyə məşhur futbolçu rəsmi Twitter səhifəsində paylaşıb.
Məlumat üçün bildirək ki, 75 yaşlı Pele xeyli vaxtdır ki, musiqi ilə maraqlanır. Musiqi tamaşalarında fəal iştirak edən əfsanəvi futbolçu pop-ulduz Elis Recina ilə bir neçə mahnı bəstələyib. O, uşaq mahnılarının da müəllifidir.