İkiqat Olimpiya çempionu etiraz edir

İkiqat Olimpiya çempionu etiraz edir



Rusiya Olimpiya yığmasının Rio-2016 Yay Olimpiadasında iştirakına qadağa qoyulmalıdır.

"Olimpnews.az" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri cüdo üzrə ikiqat Olimpiya çempionu David Duye deyib. Hazırda Fransada deputat kimi fəaliyyət göstərən idman mütəxəssisi Beynəlxalq Antidopinq İttifaqı (WADA) müstəqil komissiyasının Rusiyada fəaliyyət göstərən antidopinq laboratoriyasının işi ilə bağlı məruzəsinin nəticəsi ilə tanış olduqdan sonra bu nəticəyə gəldiyini deyib. 

"Qəti əminliklə bildirirəm ki, Rusiya Olimpiya yığması olimpiadadan kənarlaşdırılmalıdır. Çünki nəticələr bunu mənə deməyə əsas verir. Mən bunlara inanmaq istəməzdim, amma faktlar hər şeyi açıqca göstərir ”, - deyə Olimpiya çempionu bildirib.