ABŞ-ın NBC telekompaniyası Təşkilat Komitəsinə müraciət etdi

ABŞ-ın NBC telekompaniyası Təşkilat Komitəsinə müraciət etdi

ABŞ-ın NBC telekompaniyası Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsindən idmançıların paradı mərasimində ABŞ Olimpiya komandası üçün bəzi dəyişikliklər olunmasını xahiş edib.

Olimpnews.az saytının məlumatına görə, olimpiadanın açılış mərasimində atletlər paraddan portuqaliya dilinə uyğun olaraq əlifba sırası ilə keçməlidirlər. NBC şirkəti isə Təşkilat Komitəsindən komandaların Portuqaliyanın əlifba sırası ilə deyil, ingilis dilində əlifba sırası ilə keçməsini xahiş edib. Şirkət ABŞ komandasının paraddan erkən keçəcəyi təqdirdə tamaşaçı sayının azalmasından narahatdırlar. Lakin Rio-2016 Təşkilat Komitəsi bunun mümkün olmadığını bildirib.

Məlumat üçün bildirək ki, NBC 2014-cü ilin may ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə 2032-ci ilə qədər Olimpiya Oyunlarının birbaşa yayımı üçün 7,65 milyard dollar həcmində müqavilə imzalayıb.